• Bakı 30° C

    1.21 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Nazir: Azərbaycan-Ukrayna əməkdaşlığı yeni mərhələyə yüksələcək

İQTİSADİYYAT

12 Iyul 2025 | 15:01

Nazir: Azərbaycan-Ukrayna əməkdaşlığı yeni mərhələyə yüksələcək

 Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiya çərçivəsində Fəaliyyət Planının qəbulu ölkələr arasında əməkdaşlığı yeni mərhələyə yüksəldəcək.

Bakıvaxtı.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov Bakıda keçirilən Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasında bildirib.

P. Şahbazov qeyd edib ki, enerji, faydalı qazıntılar, kənd təsərrüfatı və digər perspektivli sahələrdə, həmçinin sənaye parkları və azad iqtisadi zonalarda mövcud imkanlardan geniş istifadəni təşviq edəcək.

Görüşdə ikitərəfli münasibətlərin qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslandığı vurğulanıb. Azərbaycanın Ukraynaya davamlı humanitar dəstəyinə görə minnətdarlıq ifadə edilib. Müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Hökumətlərarası Komissiyanın hibrid formatda keçirilən iclasında iki ölkə arasında siyasi, iqtisadi, ticarət və sənaye, enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları, elm və təhsil, mədəniyyət sahələrində əməkdaşlığın cari vəziyyəti və potensial imkanlar müzakirə edilib.

Komissiyanın Ukrayna tərəfindən həmsədri, energetika naziri German Galushchenko isə deyib ki, ölkələrimizi güclü tarixi əlaqələr, qarşılıqlı hörmət, regional əməkdaşlıq və davamlı inkişaf üçün ortaq baxış birləşdirir. “Ukrayna Azərbaycan ilə strateji tərəfdaşlığa böyük əhəmiyyət verir. Azərbaycan Ukraynanı enerji avadanlıqları ilə dəstəkləyən ilk ölkələrdən biri olub və enerji sahəsində göstərilən bu dəstək bizim üçün həyati rol oynayıb. İnanırıq ki, bu iclas ölkələrimiz arasında uzunmüddətli tərəfdaşlığın əsaslarını gücləndirmək üçün yeni birgə təşəbbüsləri müəyyən etməyə imkan verəcək”, -deyə nazir əlavə edib.

Müzakirələrdən sonra Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 14-cü iclasının Kiyev şəhərində keçirilməsinə qərar verilib.


SON XƏBƏRLƏR