Fransa ABŞ-ın AB-yə 30 faizlik gömrük rüsumunu qəti şəkildə bəyənmir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Makron bildirib ki, Fransa 1 avqusta qədər qarşılıqlı məqbul bir razılaşma əldə etmək məqsədi ilə Avropa Komissiyasını dəstəkləyir.
Qeyd edək ki, ABŞ AB və Meksika mallarına 30% gömrük rüsumu tətbiq edib. Qərar 1 avqustdan qüvvəyə minəcək.