• Bakı 19° C

    11.41 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

"Fitch" Azərbaycanın investisiya reytinqini yüksəldib

İQTİSADİYYAT

14 Iyun 2025 | 07:01

Fitch Azərbaycanın investisiya reytinqini yüksəldib

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini (EDR) “BBB-” səviyyəsində sabit proqnozla təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fitch” məlumat yayıb.

“Azərbaycanın reytinqi çox güclü xarici balansı, “BBB” reytinq kateqoriyasında ən aşağı dövlət borcu göstəricilərindən birini və maliyyələşdirmə çevikliyini təmin edən əhəmiyyətli suveren aktivlərin mövcudluğunu əks etdirir”, - hesabatda qeyd olunur.

Bundan başqa, məhdudlaşdırıcı amillər arasında karbohidrogen sektorundan yüksək asılılıq; davam edən geosiyasi risklər, yaxşılaşsa da, hələ də həssas iqtisadi siyasət strukturu göstərilir.

“Fitch” eyni zamanda Azərbaycanın ölkə həddini “BBB-”dən “BBB”yə yüksəldib və valyuta nəzarəti risklərinin azaldığını qeyd edib.


SON XƏBƏRLƏR