• Bakı 25° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

Antalya turist sayına görə daha bir rekorda imza atdı

İQTİSADİYYAT

13 Iyul 2025 | 18:44

Antalya turist sayına görə daha bir rekorda imza atdı

İyulun 12-də Türkiyənin Antalya vilayətinə 100 min 646 xarici turist səfər edib. Antalya və Alanya rayonunda yerləşən Qazipaşa hava limanlarının statistik göstəricilərinə əsasən hesablanan bu rəqəm son beş ilin iyul ayı üzrə ən yüksək göstəricisidir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlama verib.

Nazir bildirib ki, güclü turizm infrastrukturu və sektorun qətiyyətli əməkdaşlığı sayəsində Antalyanın beynəlxalq aləmdə artan cazibəsi hər gün daha da artır. O, “Türkiyə əsri” baxışı çərçivəsində görülən işlərin ölkənin turizmdə əldə etdiyi nailiyyətləri daha da irəli apardığını vurğulayıb.


SON XƏBƏRLƏR

13 Iyul 2025
12 Iyul 2025