Pakistan Azərbaycanla quru nəqliyyat marşrutlarının inkişafı hesabına ticarətin genişləndirilməsinə böyük əhəmiyyət verir.
Bakıvaxtı.az Pakistan mediasına istinadən xəbər verir ki, bu barədə Pakistanın özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan Azərbaycanın İslamabaddakı səfiri Xəzər Fərhadovla görüşündə bildirib.