• Bakı 23° C

    15.96 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Naxçıvanda vergi ödəyicilərinin sayı 8 %-ə yaxın artıb

İQTİSADİYYAT

10 Sentyabr 2025 | 14:16

Naxçıvanda vergi ödəyicilərinin sayı 8 %-ə yaxın artıb

Bu il sentyabrın 1-nə Naxçıvan Muxtar Respublikası üzrə uçotda 52 min 865 vergi ödəyicisi olub.

Bakıvaxtı.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur.

Vergi ödəyicilərinin 94,7 %-i fiziki şəxslər, 5,3 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fərdi sahibkarların sayı 9,2 %, şirkətlərin sayı isə 6,2 % artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6 % artıb. 8 ayda kommersiya qurumlarının 86,5 %-i elektron, 13,5 %-i kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.


SON XƏBƏRLƏR