• Bakı 14° C

    0.81 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Azərbaycanda ət BAHALAŞDI - VİDEO

İQTİSADİYYAT

14 Iyul 2025 | 00:07 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda ət BAHALAŞDI - VİDEO

Son günlər paytaxt bazarlarında mal ətinin, xüsusilə erkək dana ətinin qiyməti artıb.

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, satıcıların sözlərinə görə, qiymət artımı təxminən bir həftə öncədən başlayıb. Əvvəl 15 manata satılan ət indi bəzi yerlərdə 15 manat 50 qəpik, bəzi qəssabxanalarda isə 16 manata qədər bahalaşıb.

Bahalaşmanın səbəbi kimi daxildə danaların azlığı və yay aylarında maldarlığa marağın azalması göstərilir. Hələlik qiymət sabitləşsə də, ucuzlaşma gözlənilmir. Satıcılar bildirirlər ki, yem bazarının qiymətləri, fermerlərin xərcləri qiymətləri artıran əsas səbəblər sırasındadır.

Qiymətlərin nə zaman səbitləşəcəyi qəssablar üçün də qeyri-müəyyəndir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026