• Bakı 25° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

 ABİF-nin kredit portfeli 887,5 milyon manat məbləğində olub

İQTİSADİYYAT

13 Iyun 2025 | 12:59

 ABİF-nin kredit portfeli 887,5 milyon manat məbləğində olub

"Plenar iclas zamanı sahibkarlığın tətbiqində verilən güzəştli kreditlərin artırılmasının, onun bölgələr üzrə bərabər paylanmasının zəruriliyi vurğulanıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında maliyyə naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, Azərbaycan Biznesinin İnkişafı Fondunun kredit portfeli 31 dekabr 2024-cü il tarixinə 887,5 milyon manat məbləğində olub.

Eyni zamanda bildirib ki, ötən il sahibkarlara dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması və sahibkarların müvəkkil banklardan aldıqları kreditlərə zəmanətin verilməsi və faizlərin bir hissəsinin subsidiyalaşdırılması üçün 14 milyon manat vəsait istifadə olunmuşdur.

"Cari ildə isə dövlət zəmanəti verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması üçün 61 milyon manat, sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə zəmanətin verilməsi və həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin subsidiyalaşdırılması üçün 15 milyon manat vəsait nəzərdə tutulub".

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Iyun 2025