Bu ilin yanvar-aprel aylarında Azərbaycan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə 2 milyon 922,3 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarıb.
Bakıvaxt.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, geri qaytarılan vəsait xarici vətəndaşların ölkə ərazisində aldığı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin göstərdiyi tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin payına düşür.