• Bakı 25° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Gəlir proqnozumuz faktiki icra göstəriciləri ilə üst-üstə düşür - Nazir

İQTİSADİYYAT

13 Iyun 2025 | 12:52

Gəlir proqnozumuz faktiki icra göstəriciləri ilə üst-üstə düşür - Nazir

""Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi və hesabatın müzakirəsi zamanı hörmətli millət vəkillərimiz tərəfindən büdcənin icrası ilə onun proqnozu arasında, o cümlədən büdcə kəsirində fərqlərin olması barədə fikir səsləndirilib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında maliyyə naziri Sahil Babayev deyib.

Bildirib ki, qaldırılan məsələyə konseptual və kompleks baxılmalıdır. 

S.Babayev izah edib ki, bu istiqamətdə həm gəlirin, həm də xərcin proqnozu və icrası ayrılıqda dəyərləndirilməlidir. Qeyd edib ki, kəsirin əslində bu iki anlayışın derivativi olduğunu nəzərə alsaq, bu göstəricilərdəki dəyişiklik kəsirin həcminə də təsir edir:

"Gəlirin proqnoza nisbətən daha çox icrasında əsas səbəb neftin qiyməti ilə əlaqəlidir. Çünki, biz büdcənin proqnozlaşdırılması zamanı neftin qiymətini konservativ yanaşma ilə müəyyən edirik. İl ərzində icra zamanı isə neftin qiyməti daha yüksək olduqda, əlbəttə bu həm icmal, həm də dövlət büdcəsinin gəlirlərinə ciddi şəkildə təsir edir".

İkinci seqmentin isə bizim qeyri-neft vergi gəlirlərimizin proqnozlaşdırılması ilə bağlı olduğunu deyən nazirin sözlərinə görə, bu da, ümumi ÜDM-in məbləğindən asılıdır. Əlavə edib ki, qeyri-neft vergi gəlirlərinin proqnozu ÜDM-in nominal və real artım tempi üzərindən hesablanan bir rəqəmdir, ÜDM-ə isə kifayət qədər təsir amilləri mövcuddur. 

"Eyni zamanda, bu məsələdə beynəlxalq konyunkturanın təsirləri, xüsusilə Qarabağda bərpa və yenidənqurma işlərinin görülməsi ilə əlaqədar idxalın və buna uyğun büdcə gəlirlərinin artımı nəzərə alınmalıdır. 

Bildirmək istərdim ki, bu istiqamətdə proqnozlaşdırmanın təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görülüb. 2025-ci ilin dörd ayının nəticələri göstərir ki, bizim gəlir proqnozumuz faktiki icra göstəriciləri ilə 99 faiz üst-üstə düşür. 

Xərcin proqnozlaşdırılması ilə bağlı isə qeyd etməliyəm ki, burada əsas faktor keçən il artan neft və qaz gəlirləri ilə bağlı büdcəyə aparılan dürüstləşmə fonunda xərclərin ciddi şəkildə artırılmasıdır. Bu, eyni zamanda həmin vəsaitlərin xərclənməsini də əsasən ilin son rübü ilə şərtləndirilib".

Mina Mikayılova


SON XƏBƏRLƏR

13 Iyun 2025