• Bakı 25° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

"Milk-Pro" ləğv olunur

İQTİSADİYYAT

13 Iyun 2025 | 12:43

Milk-Pro ləğv olunur

Azərbaycanın süd məhsulları istehsalçısı "Milk Pro" MMC ləğv olunduğunu elan edib.

Bakıvaxtı.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan yolu, ev 29, 6-cı km ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Milk-Pro" 2004-cü ildə yaradılıb. 2023-cü ilə qədər İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC şirkətdə 20 % paya malik olub. Kommersiya qurumu dəfələrlə vergi hesabatını və yaxu donu əvəz edən arayışı vaxtında təqdim etmədiyi üçün ona qarşı maliyyə sanksiyası tətbiq edilib.


SON XƏBƏRLƏR

13 Iyun 2025