Cari ilin yanvar-aprel aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,7 faiz artaraq 764 milyon manat olub.
Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1 faizi hüquqi şəxslərin, 48,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Hüquqi şəxslər üzrə dövriyyə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq 386,6 milyon manat olub.