• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Vosmoy” bazarının ətrafında küçə ticarəti yığışdırıldı - FOTOLAR

CƏMİYYƏT

15 Aprel 2025 | 20:08 | Müəllif: Subhan Mahmudov

“Vosmoy” bazarının ətrafında küçə ticarəti yığışdırıldı - FOTOLAR

Sakinlərin kütləvi müraciəti nəzərə alınaraq 8-ci kilometr topdansatış bazarının ətrafında neqativ halların aradan qaldırılması məqsədilə polis əməkdaşları tərəfindən yolun hərəkət hissəsində qanunsuz küçə ticarəti yığışdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, küçə ticarəti ilə məşğul olan şəxslərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq qanunsuz fəaliyyət göstəriblər.

Tədbirlərlə ərazidə olan antisanitar vəziyyət aradan qaldırılıb, yolun zəbt olunan hissələri-hərəkətə mane olan hallar aradan qaldırılıb.

Qeyd edək ki, paytaxtın Nizami rayonunda yolun piyada və nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan hissəsində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə qarşı profilaktik tədbirlər görülür.


“Vosmoy” bazarının ətrafında küçə ticarəti yığışdırıldı - FOTOLAR“Vosmoy” bazarının ətrafında küçə ticarəti yığışdırıldı - FOTOLAR“Vosmoy” bazarının ətrafında küçə ticarəti yığışdırıldı - FOTOLAR“Vosmoy” bazarının ətrafında küçə ticarəti yığışdırıldı - FOTOLAR“Vosmoy” bazarının ətrafında küçə ticarəti yığışdırıldı - FOTOLAR“Vosmoy” bazarının ətrafında küçə ticarəti yığışdırıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026