"Əvəz Zeynallının xəstəliyi ilə əlaqədar cəzadan azad edilməsi barədə ərizəni Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim etmişik. Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, cəzanın çəkilməsinə mane olan sair ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarı ilə cəza çəkməkdən azad edilə bilər."
Bakıvaxtı.az xəbər verir ki, bu barədə vəkil Rəşad Vaqifoğlu sosial şəbəkə hesabında paylaşım edib. O, bildirib ki, "Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı"na "Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər" də aiddir:
"Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, müvafiq tibbi rəy və sənədləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qərar qəbul edər."