• Bakı 10° C

    14.61 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

Trampı Ukraynaya dəvət etdi

DÜNYA

14 Aprel 2025 | 14:00

Trampı Ukraynaya dəvət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampı ölkəsinə dəvət edib.

Bakıvaxtı.az xəbər verir ki, Zelenski bu barədə “CBS News”un “60 dəqiqə” proqramında çıxışı zamanı danışıb.

O, Rusiya ordusunun hava zərbələrini davam etdirdiyini bildirərək Trampı Ukraynaya səfərə dəvət edib və hücumun nəticələrini görməyə çağırıb: “Gəlin, görün, sonra müharibəni necə bitirmək barədə planla hərəkət edək. Kiminlə razılaşmalı olduğunuzu, Putinin nə etdiyini başa düşəcəksiniz. Ancaq xahiş edirəm, hər hansı qərar qəbul etməzdən, danışıqlar üçün hər hansı plan qurmazdan əvvəl gəlin və məhv edilən insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın.

Putinin məqsədi Rusiya İmperiyasını bərpa etmək və hazırda NATO-nun himayəsində olan əraziləri geri almaqdır. Bütün bunları nəzərə alaraq, bunun dünya müharibəsinə çevrilə biləcəyinə inanıram”.


SON XƏBƏRLƏR