ABŞ-da 20 ştat Donald Tramp administrasiyasını məhkəməyə verib.
Bakıvaxtı.az "Axios" portalına istinadən xəbər verir ki, bununla bağlı Kaliforniyanın baş prokuroru Rob Bonta məlumat yayıb.
Məlumata görə, buna səbəb ABŞ prezidenti Donald Tramp administrasiyasının immiqrasiya siyasətləri ilə əlaqədar federal maliyyələşdirməni kəsməklə hədələməsi olub.
Daxili Təhlükəsizlik Katibi Kristi Noem, Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinə (FEMA) qarşı açılan iddia maliyyə şərtlərinin konstitusiyaya uyğunluğuna etiraz edir. Nəqliyyat naziri Sean Daffy və Nəqliyyat Departamentinə qarşı ikinci iddia mühüm infrastruktur layihələrinin maliyyələşdirilməsi ilə bağlıdır.
Buna cavab olaraq Ağ Evin sözçüsü Kuş Desai bildirib ki, amerikalılar Tramp administrasiyası ilə siyasi oyunlar oynamaqdansa, öz icmalarında qeyri-qanuni mühacirlərin problemini həll etmək üçün çalışmalıdırlar.
Gülşən Şərif