• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Putin Malayziyanın baş naziri ilə görüşəcək

DÜNYA

14 May 2025 | 13:14 | Müəllif: Gülşən Şərif

Putin Malayziyanın baş naziri ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin bu gün Malayziyanın baş naziri Ənvər İbrahimlə danışıqlar aparacaq. 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müzakirə mövzusu ikitərəfli siyasi və ticarət-iqtisadi əməkdaşlığın əsas məsələləri olacaq. 

Tərəflər həmçinin Rusiya-Malayziya əməkdaşlığının daha da dərinləşdirilməsi istiqamətində addımları müəyyən etməyi, həmçinin beynəlxalq və regional gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparmağı planlaşdırırlar.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026