• Bakı 10° C

    14.61 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

İtaliyada ABŞ və İran arasında danışıqların olacağı təsdiqlənib

DÜNYA

14 Aprel 2025 | 15:00

İtaliyada ABŞ və İran arasında danışıqların olacağı təsdiqlənib

İtaliya ABŞ və İran arasında aprelin 19-da Romada yeni danışıqlar raundunun təşkili ilə bağlı rəsmi sorğu alıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

Görüşün yeri və vaxtı dəqiqləşdirilmir. Daha əvvəl danışıqların Romada keçirilə biləcəyi barədə “Axios” portalı məlumat yaymışdı.

Məlumata görə, Omanın paytaxtı Maskatda keçirilən dolayı danışıqlardan fərqli olaraq, amerikalı və iranlı rəsmilərin şəxsi görüşü təşkil edilə bilər. Lakin İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai artıq ABŞ ilə danışıqlar formatının dəyişdirilməsi imkanını istisna edib, görüşlər yalnız vasitəçilər ilə davam edəcək.

Qeyd edək ki, aprelin 12-də Omanda keçirilən görüşdə İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edib.


SON XƏBƏRLƏR