İsrail ordusu 7 oktyabrdan bəri Qəzzada 400-dən çox məktəbi birbaşa hədəf alıb.
Bakıvaxt.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) sosial media hesabında açıqlayıb.
Açıqlamada bildirilib ki, İsrailin davam edən hücumları səbəbilə Qəzzadakı məktəblərin əksəriyyəti zərər görüb.
Bu günə qədər 403 məktəb birbaşa olaraq İsrailin hücumlarına məruz qalması Qəzza zolağında fəaliyyət göstərən məktəblərin təxminən 71 faizinə bərabərdir.
Bundan əlavə, bölgədəki məktəblərin 88 faizinin İsrailin hücumları nəticəsində müxtəlif dərəcədə zərər gördüyü vurğulanıb. Qeyd olunur ki, Qəzzədə ümumilikdə 564 məktəb fəaliyyət göstərirdi və onlardan 499-u İsrailin hərbi əməliyyatları zamanı zədələnib.
Zərər görən məktəblərdən 162-si isə məhz UNRWA-ya məxsus təhsil ocaqlarıdır.
Nuriyyə Musayeva