İspaniyanın solçu azlıq koalisiya hökuməti ABŞ prezidenti Donald Tramp administrasiyası ilə son vaxtlar gərginləşən münasibətləri yaxşılaşdırmaq üçün səylərini artırıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, İspaniya İqtisadiyyat, Ticarət və Şirkətlər Naziri Karlos Kuerpo Trampın yeni gömrük rüsumları ilə başlatdığı ticarət müharibəsinin ardından sabah Vaşinqtona gedəcək.
Kuerpo ABŞ-yə edəcəyi səfərlə bağlı Madriddəki bir qrup xarici jurnalistə verdiyi açıqlamada belə deyib:
“ABŞ və İspaniya arasındakı münasibətləri gücləndirmək üçün ABŞ-yə gedirik".
Əli Hüseynov