• Bakı 15° C

    1.19 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Peskov: “Putinin təklifinin vaxtı daralır”

DÜNYA

15 Mart 2025 | 16:00

Peskov: “Putinin təklifinin vaxtı daralır”

 Rusiya prezidenti Vladimir Putinin Kursk vilayətində Ukrayna birləşmələrinin silahı yerə qoyması təklifi qüvvədə qalır, lakin onun müddəti getdikcə azalır.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov belə bəyanatla çıxış edib.

“Bəli, bu təklif hazırda qüvvədədir, lakin onun vaxtı yumşaq dəri kimi qısalır”, - Kremlin sözçüsü bununla bağlı sualın cavabında jurnalistlərə bildirib.


Uşakov: "Putin Kurskda blokadada olan ukraynalıların həyatına zəmanət verib"
Qeyd edək ki, bundan əvvəl Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Ukrayna hərbçilərinin silahı yerə qoyması halında onlara həyat və layiqli rəftar təminatı verib. Lakin onun sözlərinə görə, müvafiq əmr Ukrayna rəhbərliyindən gəlməlidir.

Putinin təklifi ABŞ prezidenti Donald Trampın Kursk bölgəsində Ukrayna ordusuna “rəhm” etməyə çağıran bəyanatından sonra səsləndirilib.


SON XƏBƏRLƏR