• Bakı 10° C

    16.08 m/s

  • USD - 1.7

    EUR - 1.9308

    RUB - 2.0666

İrəvanda aksiya keçirilir

DÜNYA

14 Aprel 2025 | 13:21

İrəvanda aksiya keçirilir

Ermənistanda vergilərin artırılmasına etiraz edən kiçik biznes nümayəndələri hökumət binası qarşısında aksiya keçirirlər.

Bakıvaxtı.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiya iştirakçıları vergi yükünün artırılmasına qarşı 2300-dən çox imza toplayıblar.

Kiçik və Orta Biznesin Əməkdaşlıq Assosiasiyasının rəhbəri Akop Avakyan bildirib ki, Nazirlər Kabineti biznes icması ilə dialoqa getmək istəmir, qərarlar sahibkarların rəyi nəzərə alınmadan qəbul edilir.

O hesab edir ki, hakimiyyətin öz qərarını yenidən nəzərdən keçirməkdən imtina etməsi yalnız əks təsirə səbəb olacaq.


SON XƏBƏRLƏR