• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Qadın ərini pişiyə görə məhkəməyə verdi

DÜNYA

15 Dekabr 2024 | 20:36 | Müəllif: Subhan Mahmudov

Qadın ərini pişiyə görə məhkəməyə verdi

Hindistanın Karnataka ştatının Ali Məhkəməsi ər-arvad arasında pişik üstündə baş verən ailə qalmaqalını həll etməyə məcbur olub.

Bakıvaxtı.az-ın məlumatına görə, qadın ərini ev heyvanına həddindən artıq qayğı göstərməkdə ittiham edib və onun bütün diqqətini pişiyə verdiyini bildirib.

Məhkəmədə hindistanlı qadın həmçinin bildirib ki, ev heyvanı ona dəfələrlə hücum edərək xəsarət yetirib və bu, münaqişələrə səbəb olub.

"Şikayət Hindistan Cinayət Məcəlləsinin qəddarlıq və cehiz tələblərindən bəhs edən 498A maddəsinə əsasən verilsə də, hakim işin hüquqi meyarlara cavab vermədiyini göstərdi", - məlumatda bildirilib.

Məhkəmə vurğulayıb ki, cüzi fərqlərə əsaslanan belə hallar cinayət mühakimə sistemini daha ağır cinayətlərə baxmaqdan yayındırır və onlara baxmaqdan imtina edir. /lent.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026