Sosial şəbəkələrdə “Sednaya” həbsxanasının rəisinin - Bəşər Əsədin əlaltılarından olan şəxsin döyülməsi görüntüləri yayılıb.
Bakıvaxtı.az xəbər verir ki, Əsəd rejimi tərəfindən idarə olunan "Sednaya" həbsxanası daha çox "qəssabxana" adlandırılır. Belə ki, oradakı amansız şərait nasist düşərgələri ilə müqayisə edilir.
İşgəncələr, zorlamalar, uşaqların su şlanqları ilə döyülməsi və məhkəməsiz qətllər "Sednaya" həbsxanasını Əsəd zülmünün simvoluna çevirib.