Krım və Sevastopol bütün Rusiya üçün strateji əhəmiyyət kəsb edir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin regionların sosial-iqtisadi inkişafı ilə bağlı iclasın açılışında deyib.
“Bugünkü görüş bütün ölkə üçün ciddi, hətta strateji əhəmiyyət kəsb edən iki regionumuzun – Krım Respublikası və Sevastopol şəhərinin inkişafına həsr olunub”, - dövlət başçısı bildirib.
O bildirib ki, iclasda nəticələr, mövcud problemlər, qarşıda duran əsas vəzifələr müzakirə ediləcək.