• Bakı 24° C

    5.8 m/s

Şamaxıda torpaq sürüşməsi oldu - FOTOLAR

HADİSƏ

14 Yanvar 2025 | 19:09 | Müəllif: Subhan Mahmudov

Şamaxıda torpaq sürüşməsi oldu - FOTOLAR

Şamaxı-Qonaqkənd avtomobil yolunda torpaq sürüşməsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, sürüşmə nəticəsində yolun bir neçə nöqtəsində asfalt örtüyündə çökmələr və iri çatlar əmələ gəlib. Bəzi hissələrində hərəkət zolağı dərəyə doğru sürüşərək dağılıb, yolda 3-4 metr uzunluğunda iri və xırda çatlar əmələ gəlib. Yolun digər tərəfində isə asfalt örtüyü dağılaraq, iri qabarmalar yaranıb. Yolun bir hissəsinin uçması səbəbindən kəndə gediş-gəliş də çətinləşib.

Sakinlərin sözlərinə görə, sürüşmə hər gün davam edir.

Xatırladaq ki, sözügedən avtomobil yolu 2019-cu ildə inşa edilərək istifadəyə verilib.


Şamaxıda torpaq sürüşməsi oldu - FOTOLARŞamaxıda torpaq sürüşməsi oldu - FOTOLARŞamaxıda torpaq sürüşməsi oldu - FOTOLARŞamaxıda torpaq sürüşməsi oldu - FOTOLARŞamaxıda torpaq sürüşməsi oldu - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026