Bakıda orta məktəblərdən birinin yaxınlığında şagird bullinqə məruz qalıb.
Bakıvaxtı.az xəbər veir ki, Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 280 nömrəli orta məktəbin ətrafında baş verib.
Bir qrup məktəbli əlbir olaraq digər şagirdə qarşı zorakılıq nümayiş etdirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə bir qrup yeniyetmə arasında insidenti əks etdirən görüntülərlə bağlı müvafiq polis orqanında araşdırma aparılır.
Həmin görüntüləri təqdim edirik: