• Bakı 16° C

    2.03 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Qaxda 100 hektar ərazi yandı

HADİSƏ

15 Mart 2025 | 12:28

Qaxda 100 hektar ərazi yandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qax rayonu, Ağyazı kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində alovun daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində dağlıq ərazidə 100 hektar sahədə quru ot və kol-kos yanıb, ətraf ərazilər yanğından mühafizə olunub.


SON XƏBƏRLƏR

14 Mart 2025