Bakıda iki ay əvvəl maşın vuran qadın xəstəxanada ölüb.
Bakıvaxtı.az xəbər verir ki, Səlimova Saray Ağakişi qızı müalicə aldığı Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Qeyd edək ki, fevralın 20-də Binəqədi rayonunun eyniadlı qəsəbəsindəki 3-cü Mədən ünvanında avtobus dayanacağında dayanan Səlimova Saray Ağakişi qızı Ağayev Kamran Nurəli oğlunun idarə etdiyi “Mitsubishi Pajero" markalı maşınla vurulmuşdu.
Saray Səlimova xəstəxanaya yerləşdirilmiş və vəfat edənə qədər müalicəsi orada davam etdirilmişdi.