• Bakı 18° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 2.0988

Naxçıvanda avtomobil 4 nəfəri vurdu - FOTO

HADİSƏ

13 May 2025 | 23:06

Naxçıvanda avtomobil 4 nəfəri vurdu - FOTO

Naxçıvanda yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.

Bakıvaxtı.az-ın məlumatına görə, insident şəhərin Azadlıq küçəsində qeydə alınıb.

Sərxan Babayevin idarə etdiyi 75-BN-561 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil yolu keçmək istəyən piyadalar - 2006-cı il təvəllüdlü Quliyeva Gülsüm İlqar qızı, Quliyeva Dərya Səməd qızı, İsayeva Əfsanə İsa qızı və 2005-ci il təvəllüdlü Tağıyeva Xanımzəri vurub.

Yaralılar dərhal Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb. Onlardan Gülsüm Quliyevanın vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. /APA


SON XƏBƏRLƏR

13 May 2025