• Bakı 25° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

Kreml: Suriya administrasiyası Rusiya-Ərəb Sammitinə dəvət ediləcək

DÜNYA

01 Iyul 2025 | 15:56

Kreml: Suriya administrasiyası Rusiya-Ərəb Sammitinə dəvət ediləcək

Kremlin sözçüsü Dmitri Peskov, Suriya hökumətinin bu ilin oktyabr ayında keçiriləcək Rusiya-Ərəb Sammitinə dəvət olunacağını bildirib.

Bakıvaxtı.az bu barədə TASS-a istinadla xəbər verir.

O qeyd edib ki, Moskva hazırkı Suriya administrasiyası ilə əlaqələrini davam etdirir və bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

"Mövcud Suriya hökuməti ilə münasibətlərimiz var və bu münasibətlər davam edəcək. Suriyada bizim strateji maraqlarımız mövcuddur", – deyə Peskov vurğulayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR