• Bakı 20° C

    15.33 m/s

  • USD - 1.7

    EUR - 1.9979

    RUB - 2.0341

Müxalifətin lideri: Trampın Hindistan iqtisadiyyatının "ölü" olması bəyanatını dəstəkləyirəm

DÜNYA

31 Iyul 2025 | 14:42

Müxalifətin lideri: Trampın Hindistan iqtisadiyyatının ölü olması bəyanatını dəstəkləyirəm

Hindistanın müxalifət partiyasının lideri Rahul Qandi ABŞ Prezidenti Donald Trampın ölkə iqtisadiyyatının vəziyyəti ilə bağlı verdiyi bəyanatla razılaşıb.

Bu barədə Bakıvaxtı.az “Hindustan Times”a istinadən məlumat verir.

"Baş nazir və maliyyə nazirindən başqa hamı Hindistan iqtisadiyyatının "ölü" olduğunu bilir. Şadam ki, Prezident Tramp bu faktı təsdiqlədi", - R.Qandi jurnalistlərə bildirib.

O, bu açıqlamanı Trampın Hindistan mallarının idxalına 25 faiz rüsum tətbiq etmək qərarından sonra müxalifətin hökumətin iqtisadi siyasəti ilə bağlı tənqidləri gücləndirməsi fonunda verib. Tramp həmçinin Hindistanın Rusiya ilə ticarət əlaqələri barədə danışaraq, hər iki ölkənin iqtisadiyyatını "ölü" adlandırıb və onların necə əməkdaşlıq etməsinin onu maraqlandırmadığını bildirib.


SON XƏBƏRLƏR

25 Sentyabr 2025