Böyük Britaniya hökuməti üç təşkilatı terror qruplaşması kimi tanımağa hazırlaşır. Bu barədə ölkənin daxili işlər naziri İvette Kuper məlumat verib.
Bakıvaxtı.az xəbər verir ki, nazirlik tərəfindən hazırlanan layihə artıq parlamentə təqdim olunub. Təklifə əsasən, terror təşkilatı kimi tanınacaq qruplar arasında İsraillə iş aparan şirkətlərə qarşı fəaliyyəti ilə tanınan “Fələstin Fəaliyyəti” (Palestine Action) də yer alır.
Yeni təsnifat qanuniləşdirilərsə, həmin təşkilatlarla əlaqədə olan şəxslər Böyük Britaniya qanunlarına əsasən cinayət məsuliyyətinə cəlb edilə bilərlər.
Qeyd edək ki, “Fələstin Fəaliyyəti” qrupu xüsusilə İsrailə silah ixrac edən şirkətlərə qarşı etiraz aksiyaları ilə tanınır.