• Bakı 25° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 2.0035

    RUB - 2.1707

ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirir

DÜNYA

01 Iyul 2025 | 15:13

ABŞ Kuba ilə bağlı siyasətini sərtləşdirir

ABŞ prezidenti Donald Tramp bazar ertəsi Kubaya qarşı bəzi maliyyə əməliyyatları və səyahətlərə məhdudiyyətlər daxil olmaqla siyasəti sərtləşdirmək üçün memorandum imzalayıb.

Bakıvaxtı.az "USA Today"ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, memorandum ABŞ vətəndaşlarının Kubaya turist səyahətini qadağan edir, ən azı beş il ərzində səyahətlə bağlı bütün əməliyyatların məcburi qeydlərini və müntəzəm uyğunluq yoxlamalarını tələb edir.

Tramp administrasiyası Kuba hökumətinə, ordusuna, kəşfiyyatına və təhlükəsizlik xidmətlərinə qeyri-mütənasib şəkildə fayda verən iqtisadi təcrübələrə son qoymağa çalışır.

Memorandum həmçinin "Grupo de Administracion Empresarial SA /GAESA/" və onun törəmə şirkətləri kimi Kuba ordusunun nəzarətində olan qurumlarla birbaşa və ya dolayı maliyyə əməliyyatlarını qadağan edir.

Kubanın xarici işlər naziri Bruno Rodriguez Parrilla memorandumu "bütün xalqın insan hüquqlarını pozan cinayət davranışı" adlandırıb:

"ABŞ hökuməti tərəfindən Kubaya qarşı açıqlanan prezident memorandumu Kuba xalqını cəzalandıran təcavüzü və iqtisadi blokadanı gücləndirir,bizim inkişafımıza əsas maneədir". 

Gülşən Şərif


SON XƏBƏRLƏR