• Bakı 22° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri arasında görüş keçirildi - FOTOLAR

MƏDƏNİYYƏT

01 Iyul 2025 | 18:45 | Müəllif: Subhan Mahmudov

Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri arasında görüş keçirildi - FOTOLAR

İyulun 1-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının mədəniyyət naziri Ozodbek Nazarbekov arasında ikitərəfli görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, nazir Adil Kərimli özbəkistanlı həmkarını səmimiyyətlə salamlayaraq Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin qədim tarixi köklərə əsaslandığını qeyd edib. O, hazırda iki ölkə arasında mədəni əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu və bu istiqamətdə əməkdaşlığın genişlənməkdə olduğunu vurğulayıb.

Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, ölkələrimiz arasında mədəni əməkdaşlığın hər gün yeni məzmun qazandığını, münasibətlərin davamlı şəkildə dərinləşdiyini qeyd edib.

Görüş çərçivəsində tərəflər mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivləri, qarşılıqlı layihələr və təşəbbüslər ətrafında fikir mübadiləsi aparıblar.


Azərbaycan və Özbəkistan mədəniyyət nazirləri arasında görüş keçirildi - FOTOLARAzərbaycan və Özbəkistan mədəniyyət nazirləri arasında görüş keçirildi - FOTOLARAzərbaycan və Özbəkistan mədəniyyət nazirləri arasında görüş keçirildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026