• Bakı 31° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

"Arşın mal alan" operettasına dair nadir afişa üzə çıxıb - FOTO

MƏDƏNİYYƏT

31 Iyul 2025 | 17:45

Arşın mal alan operettasına dair nadir afişa üzə çıxıb - FOTO

Azərbaycan musiqi tarixinin incilərindən biri olan Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasına dair nadir bir afişa üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Dilqəm Əhməd paylaşım edib.

Belə ki, məlumata görə, fransızca yazılmış və "Archaine Mal Alan" başlığı ilə tanınan bu sənəd əsərin "Célèbre opérette caucasienne" (Məşhur Qafqaz operettası) kimi təqdim olunduğunu göstərir. Afişada müəllif kimi "Hadji-Bekoff" (Üzeyir Hacıbəylinin Avropada tanınan adlarından biri) qeyd olunub.

Afişanın üzərində Qafqaz milli geyimində təsvir olunmuş bir kişi fiquru yer alır.

Alt hissəsində isə musiqi tərtibatçıları kimi S. Xristidis və A. Tropikean göstərilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR