• Bakı 26° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9774

    RUB - 2.1061

Laçın Şəhəri Günü konsertlə qeyd olundu

MƏDƏNİYYƏT

27 Avqust 2025 | 09:41

Laçın Şəhəri Günü konsertlə qeyd olundu

Laçın Şəhəri Günü münasibətilə Həkəri çayının sahilində möhtəşəm konsert proqramı təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib. Bu, Laçın Şəhəri Gününün üçüncü dəfə təntənəli qeyd olunmasıdır.

Konserti Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, doğma yurda qayıdan sakinlər, həmçinin hazırda Laçında keçirilən “MDB ölkələrinin Gənclər Düşərgəsi”nin iştirakçıları izləyiblər.

Proqram Fəxri Kazım Nicatın ifasında Elza İbrahimovanın “Ey Vətən” mahnısı ilə başlanıb. Ardınca tanınmış müğənnilər və kollektivlər müxtəlif əsərləri səsləndiriblər. Səhnədə Vəfa Vəzirova, Aygün Şükürova, Humay Aslanova, Əməkdar artistlər Ehtiram Hüseynov, Almaz Orucova, Fehruz Səxavət, Elza Seyidcahan, həmçinin “Laçın” muğam qrupu və Elvin Axundov çıxış ediblər.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı da konsertə rəng qataraq Üzeyir Hacıbəylinin “Cəngi” əsərini, xalq mahnısı “Ay Ləli”ni və “Yallı” rəqsini təqdim edib.

Bayram proqramı Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların ifasında Cavanşir Quliyevin “Bura Vətəndir” və Rauf Məmmədovun “Yaşa mənim xalqım” mahnıları ilə yekunlaşıb.

Bütün ifalar tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, 26 avqust — Laçın Şəhəri Günü Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə təsis olunub.


SON XƏBƏRLƏR

26 Avqust 2025