• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Nəsiminin qohumları Şamaxıda olublar - FOTO

MƏDƏNİYYƏT

24 Sentyabr 2025 | 17:48

Nəsiminin qohumları Şamaxıda olublar - FOTO

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi festivalının iştirakçıları sırasında görkəmli şair İmadəddin Nəsiminin nəslinin nümayəndələri də var.

Bakıvaxtı.az xəbər verir ki, bu gün şairin qohumları Şamaxıda Şahxəndan türbəsində olublar.

    İmadəddin Nəsiminin qardaşı Şahi Xəndanın qəbri olduğu türbə - Şahxəndan türbəsi Azərbaycanın orta əsr abidələri sırasında memarlıq üslubu və tarixi mahiyyəti ilə fərqlənir.

    Heydər Əliyev Fondu tərəfindən 2019-cu ildə “Nəsimi ili” çərçivəsində Şahxəndan qəbiristanlığında olan türbənin ətrafında geniş abadlaşdırma işləri aparılıb.

     


    Nəsiminin qohumları Şamaxıda olublar - FOTONəsiminin qohumları Şamaxıda olublar - FOTONəsiminin qohumları Şamaxıda olublar - FOTONəsiminin qohumları Şamaxıda olublar - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    24 Noyabr 2026