• Bakı 16° C

    3.96 m/s

  • USD - 1.7

    EUR - 1.978

    RUB - 2.1002

Müşavir: Azərbaycanda yaradıcı sənaye üçün kadr çatışmazlığı müşahidə olunur

MƏDƏNİYYƏT

22 Oktyabr 2025 | 11:30

Müşavir: Azərbaycanda yaradıcı sənaye üçün kadr çatışmazlığı müşahidə olunur

“Azərbaycanda bəzi ixtisas sahələri üzrə kadr çatışmazlığı müşahidə olunur və bu istiqamətlərdə tədris təklif edən proqramlar hələ azdır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mədəniyyət və Yaradıcı Sənayelərin Təqaüd Proqramının nəticələrinin elan olunmasına həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Səadət Yusifova deyib.

O bildirib ki, təqaüd proqramı çərçivəsində tələbələr dünyanın qabaqcıl universitetlərində təhsil alaraq beynəlxalq səviyyədə tanınan, müasir tələblərə cavab verən bilik və bacarıqlara yiyələnirlər:

“Bu gün dünya iqtisadiyyatı getdikcə daha çox yaradıcılıq və bilik əsaslı sahələrə yönəlir. Yaradıcı sənaye artıq təkcə mədəni fəaliyyət deyil, həm də ən gəlirli iqtisadi sahələrdən birinə çevrilib. Bu sahənin inkişafında ən vacib amil isə insandır. Yəni təhsilli, bacarıqlı və müasir düşüncəyə malik kadrların yetişdirilməsi önəmlidir”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

21 Oktyabr 2025