• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Mədəni və yaradıcı sənayelərin ÜDM-dəki payı 2%-ə çatıb 

İQTİSADİYYAT, MƏDƏNİYYƏT

22 Oktyabr 2025 | 11:35 | Müəllif: Əli Hüseynov

Mədəni və yaradıcı sənayelərin ÜDM-dəki payı 2%-ə çatıb

“Mədəni və yaradıcı sənayelərin yaratdığı əlavə dəyərin ÜDM-dəki payı da artaraq 0,8 faizdən 2 faizə çatıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mədəniyyət və Yaradıcı Sənayelərin Təqaüd Proqramının nəticələrinin elan olunmasına həsr olunmuş mətbuat konfransında Azərbaycan Respublikasının mədəniyyət nazirinin müşaviri Səadət Yusifova deyib.

O qeyd edib ki, bu yüksəlişin əsas səbəblərindən biri mədəni təhsil və tədris sahəsində aparılan islahatlar, davamlı sertifikatlaşma və təqaüd proqramlarının həyata keçirilməsidir.

“Mədəniyyət Nazirliyinin 2024-cü ildə başladığı Xüsusi Təqaüd Proqramı artıq ikinci seçim mərhələsini uğurla başa vurub. Hazırda ümumilikdə 44 tələbə 16 ölkənin 33 ali təhsil müəssisəsində təhsil alır”.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR