• Bakı 19° C

    13.74 m/s

  • USD - 1.7

    EUR - 2.0017

    RUB - 2.0433

Xankəndidə "Arşın mal alan" operettası nümayiş olunub - FOTOLAR

MƏDƏNİYYƏT

20 Sentyabr 2025 | 16:00

Xankəndidə Arşın mal alan operettası nümayiş olunub - FOTOLAR

Xankəndidə Şəhər Günü çərçivəsində sentyabrın 20-də Qarabağ Universitetində İncəsənət fakültəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının təqdimatında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası nümayiş olunub.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Elvin Mirzəyev, bərpaçı rejissoru Əhəd Hacıyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur.

Tamaşada rolları Əməkdar artistlər Nərgiz Kərimova (Gülçöhrə), Nahidə Orucova (Cahan xala), Əkbər Əlizadə (Süleyman bəy), Əzizağa Əzizov (Soltan bəy), eləcə də Səmədzadə Xasiyev (Əsgər), Mehriban Zalıyeva (Asya), Ülviyyə Əliyeva (Telli) və Elxan İsmayılov (Vəli) oynayıblar.

Səhnə əsərini mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, universitetin professor-müəllim və tələbə heyəti izləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il dahi bəstəkarın anadan olmasının 140 illiyi müxtəlif səpkili tədbirlərlə geniş qeyd edilir. Eyni zamanda bu yubiley Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 sentyabr tarixlərində keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı ilə də əlamətdardır.


SON XƏBƏRLƏR