• Bakı 18° C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Milli Kitabxanada Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı sərgi açılıb

MƏDƏNİYYƏT

18 Oktyabr 2025 | 11:00

Milli Kitabxanada Dövlət Müstəqilliyinin Bərpası Günü ilə bağlı sərgi açılıb

Azərbaycan Milli Kitabxanasında "18 oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Günü" adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi açılıb.

Bakıvaxtı.az məlumatına görə, virtual sərgidə müstəqilliyin bərpası və suverenliyin təmin edilməsi, dövlətçilik tarixinin mühüm mərhələləri, müstəqil və suveren Azərbaycanın reallıqları, ölkəmizin müstəqillik tarixi və Dövlət Müstəqilliyinin Bərpası Günü haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunur.

Ənənəvi sərgidə isə Azərbaycanın müstəqillik uğrunda apardığı tarixi mübarizə və bu yolda baş verən əsas siyasi hadisələri təhlil edən, xalqın azadlıq iradəsini geniş şəkildə işıqlandıran ictimai-siyasi proseslər, Azərbaycanın dövlətçilik tarixi və müstəqil dövlət quruculuğunun əsasları və s. müstəqillimizın bərpasının nəticələrini əhatəli şəkildə təqdim edən Azərbaycan və xarici dillərdə kitablar istifadəçilərin ixtiyarına verilib.


SON XƏBƏRLƏR

17 Oktyabr 2025