• Bakı 14° C

    5.56 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0995

Azərbaycan kino sənayesi yeni mərhələyə qədəm qoyub

MƏDƏNİYYƏT

12 Noyabr 2025 | 15:26

Azərbaycan kino sənayesi yeni mərhələyə qədəm qoyub

Son iki ildə Azərbaycan kino sənayesi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezidentin 2022-ci il 20 aprel tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) 2023-cü ildən fəaliyyətə başlayaraq milli kino sektorunun canlanmasına mühüm töhfə verib.

Bakıvaxtı.az xəbər verir ki, 2023–2025-ci illərdə ARKA-nın dəstəyi ilə 71 film layihəsinə başlanılıb, onlardan 50-si tamamlanıb. İstehsal üçün 34 şirkətə 21,3 milyon manat dövlət vəsaiti ayrılıb, nəticədə 1570 müvəqqəti iş yeri yaradılıb. 2026-cı il üçün planlaşdırılan layihələr əlavə 800 iş yeri təmin edəcək.

Filmlərin yayımı və beynəlxalq əməkdaşlıq sahəsində də irəliləyiş var. Yerli telekanallarla ilk yayım paketi 11 film üzrə 100 min manat dəyərində imzalanıb, Azərbaycan filmləri Kann və Venesiya kimi nüfuzlu festivallarda nümayiş olunur. ARKA beynəlxalq əməkdaşlıq çərçivəsində 7 memorandum imzalayıb və hər il 6 beynəlxalq film festivalına dəstək verir. 2024-cü ildə təsis edilən “Baku Cinema Breeze” platforması regionda vahid kino bazarının formalaşmasına xidmət edir.

Xarici layihələr nəticəsində 2023–2025-ci illərdə ölkəyə 10 milyon ABŞ dolları məbləğində vəsait daxil olub. Prezidentin 2025-ci il 29 may tarixli sərəncamı ilə təsdiqlənən “rebate” mexanizmi növbəti üç ildə 50 milyon dollara yaxın investisiya cəlb etməyə imkan verə bilər.

ARKA dövlət kino müəssisələrinin mərkəzləşdirilmiş idarəetməsini həyata keçirir, rəqəmsal idarəetmə modellərini tətbiq edir və “Azərbaycanfilm” kinostudiyasının müasir kino sənaye parkına çevrilməsi istiqamətində işləri davam etdirir. Hazırda agentliyin hesabında qalan 4,5 milyon manat yalnız davam edən layihələrin maliyyələşdirilməsinə yönəlib.


SON XƏBƏRLƏR