• Bakı 15° C

    2.25 m/s

Leyla Əliyeva sərgiyə qatıldı - FOTOLAR

MƏDƏNİYYƏT

09 Dekabr 2025 | 23:09 | Müəllif: Subhan Mahmudov

Leyla Əliyeva sərgiyə qatıldı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistana səfəri çərçivəsində dekabrın 9-da Türkmənbaşı şəhərində “Galkynysh” Milli At Oyunları Qrupunun təqdimatını izləyib və Türkmənistan milli mətbəxinə həsr olunan sərgidə iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, Türkmənistanın qədim atçılıq ənənələrini, milli mədəniyyətini və folklorunu qoruyan “Galkynysh” Milli At Oyunları Qrupu çıxışı zamanı qonaqlara zəngin mədəni irsi nümayiş etdirib.

Nümayişdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanın milli mətbəxinə həsr olunan sərgi ilə tanış olub.

Qonaqlara Türkmənistan mətbəxinin ənənələri barədə ətraflı məlumat verilib. Tədbir musiqi tamaşaları və rəqs qruplarının nömrələri ilə müşayiət olunub.


Leyla Əliyeva sərgiyə qatıldı - FOTOLARLeyla Əliyeva sərgiyə qatıldı - FOTOLARLeyla Əliyeva sərgiyə qatıldı - FOTOLARLeyla Əliyeva sərgiyə qatıldı - FOTOLARLeyla Əliyeva sərgiyə qatıldı - FOTOLARLeyla Əliyeva sərgiyə qatıldı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026