• Bakı 18° C

    8.5 m/s

  • USD - 1.7

    EUR - 1.9752

    RUB - 2.125

Xalq artisti Ramiz Quliyev dəfn olunub - YENİLƏNİB

MƏDƏNİYYƏT

16 Oktyabr 2025 | 13:58

Xalq artisti Ramiz Quliyev dəfn olunub - YENİLƏNİB

Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

Daha sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn olunub.

***

12:53

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Adil Kərimli, deputatlar, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak ediblər.

Vida mərasimində çıxışçılar ustad tarzənin mədəni irsinə və şəxsiyyətinə ehtiramlarını ifadə ediblər.

Mərasimin ardınca cənazə dəfn olunmaq üçün II Fəxri xiyababa aparılıb.

***

10:48

Xalq artisti Ramiz Quliyevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər.

Xatırladaq ki, Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev oktyabrın 15-də 78 yaşında vəfat edib.


SON XƏBƏRLƏR

15 Oktyabr 2025