• Bakı 31° C

    3.13 m/s

  • USD - 1.7

    EUR - 1.9961

    RUB - 2.1425

Nazirlikdən Allahverdi Yolçuyevlə bağlı AÇIQLAMA! 

MƏDƏNİYYƏT

25 Iyul 2025 | 15:20

Nazirlikdən Allahverdi Yolçuyevlə bağlı AÇIQLAMA! 

Aktyor Allahverdi Yolçuyevlə bağlı məsələlər Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq, nazirlikdən məlumat verilib.

Bildirilib ki, aktyor dövlət tərəfindən pensiya ilə təmin olunub:

"Bundan əlavə, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq dəstək göstərilib. Həmçinin mövcud qanunvericilik çərçivəsində onun əlavə sosial təminat mexanizmlərindən yararlanması üçün imkanlar nəzərdən keçirilir".

Nazirliyinin cavabında həmçinin vurğulanıb ki, mədəniyyət və incəsənət xadimlərinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və bu sahədə tədbirlər ölkə rəhbərliyinin birbaşa nəzarəti altında davam etdirilir.

Qeyd edək ki, aktyor Allahverdi Yolçuyevin küçədə corab satması ilə bağlı sosial medidada material yayımlanıb.


SON XƏBƏRLƏR

25 Iyul 2025