• Bakı 28° C

    3.88 m/s

  • USD - 1.7

    EUR - 1.9827

    RUB - 2.1317

Nəzakət Teymurova: “Deyirlər ki, Xalq artisti ləhcə ilə danışır, ürəyim belə istəyir...”

MƏDƏNİYYƏT

15 Avqust 2025 | 14:42

Nəzakət Teymurova: “Deyirlər ki, Xalq artisti ləhcə ilə danışır, ürəyim belə istəyir...”

Xalq artisti Nəzakət Teymurova ləhcə ilə danışdığına görə qınandığını deyib.

Bakıvaxtı.az xəbər verir ki, Xalq artisti bu barədə “Pərvizə görə” verilişində danışıb.

“Ləhcə ilə danışmaq mənə problem yaratmır, amma tamaşaçılara yaradır. Deyirlər ki, Xalq artisti ləhcə ilə danışır. Mən diktor deyiləm, ürəyim belə istəyir, danışıram. 16 yaşımdan Bakıdayam. Heç qardaşım, bacılarım ləhcə ilə danışmır. Məndə isə alınmır. Özümü sıxan adam deyiləm, belə rahatam. İstəyirlər, qəbul etsinlər, istəyirlər, etməsinlər, onların problemidir. Tamaşaçılar üzrlü saysınlar, dilimi dəyişən deyiləm”, - o bildirib


SON XƏBƏRLƏR