• Bakı 23° C

    15.96 m/s

  • USD - 1.7

    EUR - 1.9916

    RUB - 2.0295

Sabah "Şah ölüm”ün  təqdimatı olacaq - FOTO

MƏDƏNİYYƏT

10 Sentyabr 2025 | 13:45

Sabah Şah ölüm”ün  təqdimatı olacaq - FOTO

Sabah  "ŞAH ÖLÜM" filminin təqdimatı olacaq.

Bu barədə Bakıvaxtı.az-a filmin ssenari müəllifi Zəka Vilayətoğlu bildirib.

Onun sözlərinə görə, özünün  də baş rol ifaçısı olduğu film sentyabrın 11-də saat 20:40-da “Metropark”da yayımlanacaq .

Qeyd edək ki, "ŞAH ÖLÜM" filmi Məcid ağa Şəkibəyovun şərəfli ömür yoluna həsr olunub.  Məcid ağa Şəkibəyov XIX əsrin sonu-XX əsrin 30-cu illərinə qədər Azərbaycanın Gədəbəy rayonunda yaşamış, Qori Seminariyasında təhsil almış, bütün Gəncəbasar ərazisində mərd, xeyirxah bir ağa kimi tanınmış, 1918-20-ci illərdə erməni daşnaklarına , 1929-30-cu illərdə Şura Hökumətinə qarşı amansız mübarizə aparmış, sonda bütün ehtiyatlarının tükəndiyini görüb, təslimçılikdən şərəfli ölümü üstün tutaraq, öz tüfənginin qundağına bıçaqla "Məcidi Məcid vurdu" yazıb son iki gülləsini özünə vurmaqla qəhrəmancasına şəhid olub.

Film ”ZVS"-Zəka Vilayətoğlu Studiyasının istehsalıdır. Ssenari müəllifi və baş rol ifaçısı Zəka Vilayətoğludur. Filmdə aktyorlar Əjdər Zeynalov Elçin İmanov Hüseyn Nurillahi, Anar Hüseynli və başqaları rol alıblar.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR