• Bakı 19° C

    7.17 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi üzrə növbəti pitçinq  keçirilib

MƏDƏNİYYƏT

12 Sentyabr 2025 | 20:32

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi üzrə növbəti pitçinq  keçirilib

Sentyabrın 12-də Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən təşkil edilən 2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi”nin pitçinq mərhələsinin ikinci sessiyası keçirilib.

Tədbir çərçivəsində “İlbiz” (istehsalçı: "Cinema Art" MMC), “Yun çubuğu” ("CN-Media" MMC),“İşıq” ("Kinobiz" MMC), “Rüzgarın melodiyası”, “Zamanın səssizliyi” (hər ikisi "Navis" MMC), “Həyatdan kənar”  ("OD Media Production" MMC), “Ağacdələn” ("Karvan Production" MMC),“Divarın o üzü” ("And Production" MMC) - ümumilikdə 8 qısametrajlı bədii film layihəsi Ekspert şurası və Seçim komissiyasına təqdim edilib. 

Müsabiqənin yekun nəticələri barədə yaxın zamanda ictimaiyyətə məlumat veriləcək.


SON XƏBƏRLƏR