• Bakı 7° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Politico: Qətərin baş naziri Trampla görüşəcək

DÜNYA

12 Sentyabr 2025 | 12:18 | Müəllif: Gülşən Şərif

Politico: Qətərin baş naziri Trampla görüşəcək

Bu gün Qətərin baş naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani ABŞ prezidenti Donald Tramp və digər ABŞ rəsmiləri ilə görüşməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" qəzeti məlumat yayıb.

Məlumata görə, Qətərin baş naziri Nyu-York və Vaşinqtona səfər edəcək. Onun Tramp, ABŞ-nin vitse-prezidenti J.D.Vens, dövlət katibi Marko Rubio və ABŞ-nin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiven Vitkoffla görüşü gözlənilir. 

Görüş çərçivəsində İsrailin Dohaya endirdiyi zərbənin, həmçinin Qəzza zolağında döyüşlərə son qoymaq üçün danışıqların müzakirə ediləcəyi gözlənilir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026